Peşəkar Mühafizəçilər və cangüdənlər üçün təlimlər

Peşəkar Mühafizəçilər və cangüdənlər üçün təlimlər
Tayfun - Professional Self Defense Systems tərəfindən peşəkar mühafizəçilər üçün tərtib olunan təlim və tədris proqramı ekstremal hallarda ən effektiv texnika və taktikadan istifadə vərdişlərini özündə cəmləşdirir.
Mühafizəçilər və cangüdənlər üçün təklif olunan standart təlimlər paketi aşağıdakı bölmələrdən ibarətdir.

• Ümumi fiziki hazırlıq
• Əlbəyaxa döyüş təlimləri
• Soyuq silah və küt alətlərlə hücumdan müdafiə və zərərsizləşdirmə fəndləri
• Odlu silahla silahlanmiş şəxsin zərərsizləşdirilməsi
• Mühafizəçilər və cangüdənlər üçün psixoloji hazırlıq
• Fiziki güc tətbiq etmənin hüquqi aspektləri
• Xüsusi tələb olduqda təlim paketinə ilk tibbi yardım; yanğınsöndürmə təlimləri və sürətli ingilis dili təlimləri də daxil edilə bilər.







Əlbəyaxa döyüş və özünü müdafiə texnikası təbii instiktlərə əsaslanma prinsipləri ilə tərtib olunmuşdur. Texniki hərəkətlər təhlükəsizlik qaydalarına riayət etməklə maksimal real təhlükəli vəziyyətlərə yaxinlaşdırılmış şəraitdə tədris olunur. Bir və ya bir neçə nəfərin silahlı və silahsız hücumunu dəf etmək vərdişləri ilə bərabər konfliktdən qaçma, konfliktin qarşısının alınması və de-eskalasiya olunması ücün danışığın aparılması vərdişləri də tədris olunur.

Üçüncü şəxsin və ya VIP şəxsin mühafizəsi zamanı mümkün ssenarilərin tədrisi mühafizə edən şəxsin düzgün qərar verməsi, eyni zamanda qorunan şəxsin ekstremal vəziyyətdə davranışı ücün lazımı taktiki, texniki, psixoloji amillərin tədrisini özündə cəmləşdirir.

Əlaqə

İşarətləmələr

Paylaşmalar toplusu

^