Daxili intizam qaydaları

“TAYFUN PROFESSIONAL SELF DEFENSE SYSTEMS” TƏLIM MƏRKƏZI
DAXILI İNTIZAM QAYDALARI

1. ÜMUMI MÜDDƏALAR

1.1. TƏLIM MƏRKƏZININ CARI QAYDALARI (BUNDAN SONRA - QAYDALAR) MƏŞQLƏR ÜÇÜN TƏHLÜKƏSIZ VƏ RAHAT ŞƏRAIT YARATMAQ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞDUR.
1.2. QAYDALAR MƏRKƏZIN BÜTÜN ZIYARƏTÇILƏRINƏ AIDDIR.
1.3. MƏRKƏZIN MÜDIRIYYƏTI QAYDALARDA BIRTƏRƏFLI DƏYIŞIKLIK ETMƏK HÜQUQUNA MALIKDIR.
MƏRKƏZDƏ MƏŞQLƏRƏ BAŞLAMADAN ƏVVƏL TIBBI MÜAYINƏ KEÇMƏK TÖVSIYƏ EDILIR.
1.4 MƏŞQDƏN SONRA DOLABLAR BOŞALDILIR

2.MƏRKƏZDƏ GEYIM FORMASI VƏ GIGIYENA QAYDALARI

2.1 MƏRKƏZDƏ STANDART GEYIM FORMASI AŞAĞIDAKI KIMIDIR;
 UZUN AYAQLI PAMBIQ YAXUD KƏTAN IDMAN ŞALVARI
 UZUN YAXUD QISA QOLLU TƏR KEÇIRMƏYƏN MATERIALDAN IDMAN KÖYNƏKLƏRI
 MƏŞQLƏR ÜMUMI ZALDA KEÇIRILƏRSƏ IDMAN AYAQQABILARINDA, TATAMI ÜZƏRINDƏ KEÇIRILƏRSƏ AYAQYALIN APARILIR
2.2. PALTAR VƏ AYAQQABI GIGIYENA NORMALARINA UYĞUN VƏ TƏMIZ OLMALIDIR. ÇILPAQ GÖVDƏ ILƏ MƏŞQ ETMƏK OLMAZ.
2.3 ƏL VƏ AYAQ DIRNAQLARININ SƏLIQƏLI OLMASINA DIQQƏT YETIRIN.ƏGƏR DƏRINIZDƏ HƏR HANSI QIZARMA VƏ ALLERGIYA ƏLAMƏTLƏRI VARSA DƏRHAL TƏLIMATÇIYA MƏLUMAT VERIN.
2.4. ŞƏXSI GIGIYENA ÜÇÜN ÖZÜNÜZÜN HAMAM DƏSMALLARI VƏ HAMAM TƏRLIKLƏRINIZDƏN ISTIFADƏ ETMƏK MÜTLƏQDIR .
2.5 ZALDA ,HAMAM SAHƏSINDƏ VƏ GEYINIB SOYUNMA OTAĞINDA TƏMIZLIYƏ RIAYƏT ETMƏYINIZ XAHIŞ OLUNUR.

3. MƏŞQ ZAMANI TƏHLÜKƏSIZLIK QAYDALARI

3.1. İDMAN ZALINDA MƏŞQLƏRƏ YALNIZ TƏHLÜKƏSIZLIK QAYDALARI ILƏ TANIŞ OLDUQDAN SONRA ICAZƏ VERILIR.
3.2. MƏŞQ ZAMANI TƏHLÜKƏ YARADA BILƏN ƏŞYALARI (SAAT, ASMA SIRĞALAR VƏ S.) ÜSTÜNÜZDƏN, CIBLƏRINIZDƏN BATAN VƏ YA DIGƏR BU NÖV ƏŞYALARI ÇIXARMANIZ TƏLƏB OLUNUR.
3.3. MƏŞQ ZAMANI ZƏDƏLƏRIN QARŞISINI ALMAQ ÜCÜN AŞAGIDA SADALANAN FƏRDI MÜHAFIZƏ VASITƏLƏRINDƏN ISTIFADƏ OLUNMALIDIR.
 BAŞI QORUMAQ ÜÇÜN DƏBILQƏ(ŞLEM) YAXUD ŞLEM- MASKA.
 DIŞLƏRI QORUMAQ ÜÇÜN KAPA.
 QASIQ NAHIYƏSI ÜÇÜN BONDAJ.
 ƏLLƏRIN ZƏDƏDƏN QORUNMASI ÜÇÜN DÖYÜŞ ƏLCƏKLƏRI YAXUD ELASTIK BINTLƏR.
 DIZ QAPAĞINI QORUMAQ ÜÇÜN QORUYUCU DIZLIKLƏR.
3.4 MƏŞQ ZALI LAZIMI ILK TIBBI YARDIM ÇANTASI ILƏ TƏMIN OLUNMUŞDUR. ZƏDƏ ALDIQDA DƏRHAL TƏLIMATÇIYA MÜRACIƏT EDIN.
3.5. MƏŞQƏ MANE OLAN SAĞALMAMIŞ TRAVMA VƏ ÜMUMİ NAXOŞLUQ VARSA TƏLİMATÇIYA MƏLUMAT VERMƏK LAZIMDİR.. MƏŞQ ZAMANI HALSIZLIQ OLARSA DƏRHAL TƏLİMATÇIYA MƏLUMAT VERMƏK GƏRƏKDİR.
3.6. TRENAJORLARI NORMADAN ARTIQ ƏLAVƏ ÇƏKİLƏR İLƏ YÜKLƏMƏYƏ İCAZƏ YOXDUR.
3.7. İDMAN ZALINDA TƏLƏSMƏDƏN, DİGƏR MƏŞQ EDƏNLƏRİN TƏLİM ZONALARINA GİRMƏDƏN HƏRƏKƏT ETMƏK LAZIMDIR. QAÇMAQ, TULLANMAQ VƏ YA MƏŞQ EDƏNLƏRİN DİQQƏTİNİ DİGƏR YOLLAR İLƏ DAĞITMAQ QADAĞANDIR.
3.8. NASAZ TRENAJORLARDA MƏŞQ ETMƏK QADAĞANDIR. NASAZLIQ (TROSUN YIRTILMASI, MEXANİKİ NASAZLIQ) AŞKAR EDİLDİKDƏ TƏLİMATÇIYA XƏBƏR VERMƏK GƏRƏKDİR.
3.9. BLOK KONSTRUKSİYALARININ HƏRƏKƏT EDƏN HİSSƏLƏRİNƏ TOXUNMAQ QADAĞANDIR. PALTAR, AYAQQABI, DƏSMALLARIN TRENAJORLARIN HƏRƏKƏT EDƏN HİSSƏLƏRİNƏ DÜŞMƏMƏSİNƏ DİQQƏT EDİN.
3.10. ÇƏKİ DAŞLARI İLƏ MƏŞQLƏRİ ŞÜŞƏ VƏ GÜZGÜLƏRDƏN 1-1,5 METR ARALI MƏSAFƏDƏ ETMƏK VACİBDİR.
3.11. MƏŞQDƏN SONRA İSTİFADƏ ETDİYİNİZ İDMAN AVADANLIĞINI ONLAR ÜÇÜN AYRILAN XÜSUSİ YERLƏRİNƏ QOYMAĞINIZ XAHİŞ OLUNUR . TRENAJORLARIN YERİNİ DƏYİŞMƏK, ŞTANQ VƏ QANTELLƏRİ YERƏ TULLAMAQ QADAĞANDIR.
3.12 SPİRTLİ İÇKİNİN TƏSİRİ ALTINDA ,DİQQƏTİ YAYINDIRAN DƏRMANLAR QƏBUL ETDİKDƏ VƏ YA PSİXOLOJİ DURUMU AŞAĞI OLDUQDA TƏLİMLƏRƏ BAŞLAMAMAQ.

4. TƏLİM MƏRKƏZİNDƏ DAVRANIŞ QAYDALARI

4.1. ZİYARƏTÇİLƏR MƏRKƏZİ MÜƏYYƏN EDİLMİŞ VAXTDAN GEC OLMAYARAQ TƏRK ETMƏLİDİRLƏR.
4.2. SOYUNMA OTAĞI, QARDEROB VƏ MƏŞQ SAHƏLƏRİNDƏ SAXLANMIŞ ƏŞYALAR ÜÇÜN MƏRKƏZİN MÜDİRİYYƏTİ MƏSULİYYƏT DAŞIMIR.
4.3. AQRESSİV YÜKSƏK SƏSLƏ DANIŞMAQ,HƏR HANSI İCTİMAİ-SİAYSİ VƏ DİNİ MÖVZUDA MÜZAKİRILƏR APARMAQ QADAĞANDIR.
4.4 CİNSİNDƏN, İRQİNDƏN, DİLİNDƏN, SİYASİ ƏQİDƏSİNDƏN VƏ SOSİAL İQTİSADİ VƏZİYYƏTİNDƏN ASILI OLMAYARAQ DİGƏR KOMANDA ÜZVLƏRİNƏ QARŞI HÖRMƏTLƏ YANAŞMAQ.
4.5. MƏŞQ ÜÇÜN AYRILMIŞ ƏRAZİDƏ YEMƏK QƏBULU VƏ SAXLANILMASI QADAĞANDIR.
4.6. XİDMƏTİ VƏ TEXNİKİ OTAQLARA DAXİL OLMAQ, HƏR HANSI MÜHƏNDİS-TEXNİKİ AVADANLIĞI, KONDİSİYALAŞDIRILMA VƏ VENTİLYASİYA SİSTEMİNİ ÖZBAŞINA TƏNZİMLƏMƏK QADAĞANDIR.
4.7 SOSİAL MEDİA VƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏ ” TAYFUN PROFESSIONAL SELF DEFENSE SYSTEMS” İN PEŞAKAR İMİCİNƏ ZƏRƏR YETİRƏN UYĞUN OLMAYAN DİL, FOTOŞƏKİLLƏR,MƏSLƏHƏTLƏR, ŞƏRHLƏR VƏ S. İSTİFADƏ ETMƏMƏK.
4.8. YANĞIN ZAMANI DƏRHAL MƏŞQİ DAYANDIRMAQ VƏ BİNANI TƏRK ETMƏK LAZIMDIR.









Əlaqə

İşarətləmələr

Paylaşmalar toplusu

^