Fərdi qaydada özünümüdafiə təlimləri

Fərdi qaydada təlimlər

Gündəlik həyatda rastlaşdığınız problemlərin öhdəsindən gəlmək bizdən möhkəm iradə, soyuqqanlılıq ,ekstremal vəziyyətlərdə düzgün qərar qəbul etməklə yanaşı yüksək fiziki hazırlıq da tələb edir.
Bütün bu keyfiyyətləri siz “Tayfun - Professional Self Defense Sytems “ təlimlərinə qoşulmaqla inkişaf etdirə bilərsiz. Eyni zamanda iş gününün stresini və məişət yorğunluğunu unudarsız.
Tayfun - Professional Self Defense Sytems tərəfindən tədris olunan əlbəyaxa döyüş və özünü müdafiə texnikası təbii reflekslərə əsaslanma prinsipləri ilə tərtib olunduğundan hətta xüsusi hazırlığı olmayan şəxslər tərəfindən də tez mənimsənilir.
Təlimlərdə döyüş hazırlığı ilə yanaşı psixoloji hazırlığa da xüsusi əhəmiyyət verilir.Siz real təhlükədən konfliktsiz yayınma vərdişlərinə yiyələnəcəksiniz.
Təlimlərdə gücündən və fiziki ölçülərindən asılı olmayaraq şiddətə və zorakılığa cəhd edənlərə qarşı effektiv davranış qaydaları və əks həmlə taktikası ilə tanış olacaqsınız.
Təlim proqramı sizin tələbləri ödəmək üçün fərdi şəkildə hazırlanacaq.
Təlimlər təkbətək , dostlarınızla, ailə üzvlərinizlə sizə uyğun zamanda və məkanda təşkil oluna bilər.
• Ümumi fiziki hazırlıq
• Əlbəyaxa döyüş təlimləri
• Soyuq silah və küt alətlərlə hücumdan özünümüdafiə
• Odlu silahla silahlanmış şəxsdən özünümüdafiə
• Psixoloji hazırlıq
• Düzgün qidalanma qaydaları və çəkinin normada saxlanması qaydaları
• Döyüş idman növləri üçün spesifik fiziki hazırlıq

Tayfun -Professional Self Defense Systems təlimlərinə qoşularaq siz lazım gəldikdə özünüzü və sevdiklərinizi müdafiə etmək vərdişlərinə yiyələnəcəksiniz.
Peşəkar təlimatçılardan ibarət komandanın köməyi ilə siz

• Emosinal qətiyyət
• Stress altında effektiv qərarlar qəbul etmək
• Təbii instiktlərə inam
• Özünüzüvəyaxınlarınızı müdafiə etmək
• Təcavüzkara asan ov olmamaq
• Cəsarətli və özünə inamlı olmaq kimi cəhətlərinizi də inkişaf etdirəcəksiz

Əlaqə

İşarətləmələr

Paylaşmalar toplusu

^