Haqqımızda

“Tayfun - Professional Self Defense Systems” əlbəyaxa döyüş və özünümüdafiə təlimi üzrə ixtisaslaşmış mərkəzdir.
Tədris olunan əlbəyaxa döyüş və özünü müdafiə texnikası təbii reflekslərə əsaslanaraq tərtib olunduğundan hətta xüsusi hazırlığı olmayan şəxslər tərəfindən də tez mənimsənilir.
Təlimlərdə döyüş hazırlığı ilə yanaşı psixoloji hazırlığa da xüsusi əhəmiyyət verilir. Siz real təhlükə zamanı vəziyyətdən döyüşsüz çıxmaq vərdişlərinə də yiyələnəcəksiniz.
Təlimlərdə gücündən və fiziki ölçülərindən asılı olmayaraq şiddətə və zorakılığa cəhd edənlərə qarşı effektiv davranış qaydaları və əks həmlə taktikası ilə tanış olacaqsınız.

Mərkəzdə aşağıdakı tədris proqramları mövcuddur
- Mülki şəxslər üçün ümumi əlbəyaxa döyüş və özünümüdafiə təlimi
- Qadınlar üçün özünümüdafiə təlimi
- Yeniyetmə və Gənclər üçün əlbəyaxa döyüş və özünümüdafiə təlimi
- Peşəkar mühafizəçilər və cangüdənlər üçün əlbəyaxa döyüş və özünümüdafiə təlimi
- Fərdi təlimlər

Əlaqə

İşarətləmələr

Paylaşmalar toplusu

^