İnformasiya
  • Baxış: 136
  • Avtor: elnur
  • Tarix: 13-04-2018, 14:56
13-04-2018, 14:56

Məşqlərdən sonra düzgün qidalanma

Mövzu: Qidalanma

Məşqlərdən sonra düzgün qidalanma

Məşqlərdən 30-60 dəqiqə sonra əzələ toxumaları dincəlmək və bərpa olunmaq üçün protein tələb edir.Zülallar həm də yeni əzələ toxumalarının yaranması üçün də vacibdir.Eyni zamanda məşqdə itirilən glükogen ehtiyatı da bərpa olunmalıdır.

Orqanizmin qlükogen ehtiyatları fiziki aktivlik zamanı enerji mənbəyi kimi istifadə olunur.Məşğələlərdən sonra karbohidrat qəbulu bu ehtiyatları bərpa etmək üçün vacibdir.
Glükogen ehtiyatlarının istifadə dərəcəsi fiziki fəaliyyət növündən asılıdır.Məsələn yüngül atletika,yaxud üzgüçülüklə məşğul olan şəxs daha çox glükogen sərf edir nəinki ağırlıq qaldıran yaxud güc sərf edən şəxs.
Ona görə də fiziki fəaliyyət növündən asılı olaraq məşqdən sonrakı qida da fərqlənməlidir.
Glükogen sintezi üçün lazım olan insulin ifrazı karbohidrat və zülal eyni zamanda qəbul edildikdə daha fəal olur.
Beləliklə karbohidrat və zülalın birlikdə qəbulu həm qlükogen həm də zülal sintezini yüksəldir.
Məşqdən sonra qəbul edilən qidada karbohidrat zülal nisbətini 3:1 nisbətində olması tövsiyyə olunur.Məsələn 20 qr zülal və 60 qr karbohidrat.


İnformasiya
  • Baxış: 396
  • Avtor: Elnur
  • Tarix: 13-04-2018, 10:07
13-04-2018, 10:07

Okinava Qocyu-ryu Karate və Kobudo üzrə Açıq Bakı cempionatı

Mövzu: Photos

İdmançılarımız 8 medal qazandılar
Mart ayının 25 də Azərbaycan Okinava Qocyu-ryu Karate və Kobudo Növləri Federasiyasının təşkil etdiyi Açıq Bakı çempionatinda Tayfun klubu 8 idmançı ilə təmsil olundu.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda döyüşçülərimiz bacarıq göstərərək kumite ( sərbəst döyüş) növündə 7 qızıl və 1 bürünc medal qazandılar.
Okinava Qocyu-ryu Karate və Kobudo üzrə Açıq Bakı cempionatı




Əlaqə

İşarətləmələr

Paylaşmalar toplusu

^